Qırğızıstanın sabiq prezidentinə sui-qəsd olub
9-10-2020 19:28
Baxış sayı:
1613

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev sui-qəsdə məruz qalıb.
Bu barədə onun müşaviri, Sosial Demokrat Partiyasının sözçüsü Kündız Joldubayeva “Facebook” səhifəsindən xəbər verərək sabiq dövlət başçısının avtomobilinin gülləbaran edildiyini, lakin xəsarət almadığını bildirib.
Xatırladaq ki, oktyabrın 4-də keçirilən parlament seçkilərindən sonra müxalifət tərəfdarları rəsmi nəticələri rədd edərək paytaxt Bişkekdə etiraz aksiyaları keçirərək parlament, hökumət, prezident administrasiyası binalarını ələ keçiriblər. Bundan sonra Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini etibarsız elan edib.