15 nazir karantinə göndərildi - POLŞADA

Baxış sayı:
1881

Polşanın ətraf mühit naziri Mixail Vos koronavirusa yoluxduğunu açıqlayandan sonra 15 nazir karantinə göndərilib.

“Interfax” xəbər verir ki, hökumətin sonuncu iclası martın 10-da keçirilib, 24 nazirdən koronavirusa yoluxanı da daxil olmaqla 15-i iştirak edib.

Baş nazir Mateuş Moravetski sonuncu iclasda olmayıb. Beləliklə, o, karantindən yayına bilib.

Polşada indiyədək koronavirusa 205 nəfər yoluxub. 5 nəfər infeksiyanın qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 184 100-ə çatıb. Bunların 80 000 nəfəri sağalıb, 7 182 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.