SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifə sahibinin oğlu həbs olundu

Baxış sayı:
3172

Muxalifet.az "Report"a istinadən məlumat verir ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb. Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur. F.Ağayev həm dekabrın 23-də keçiriləcək bələdiyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir. Muxalifet.az