​Paşinyan amerikalı ermənilərə heyran olduğunu bildirib – Baş nazir qondarma “erməni soyqırımı”nın tanımasını alqışlayıb

Baxış sayı:
3833

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Konqresinin Nümayəndələr Palatasının “erməni soyqırımı”nı tanıyan tarixi səsverməni alqışlayıb.

Muxalifet.az Ermənistan mediasına istinadən xəbər verir ki, baş nazir bu haqda Twitter mikrobloqunda yazıb.
“296 saylı qətnamə həqiqətə və tarixi ədalətə xidmət etmək üçün cəsarətli bir addımdır. Erməni Soyqırımından bir təhərlə xilas olmuş milyonlarla nəslin təsəllisidir”, - qeyd edən Paşinyan, eləcə də dünyayla bir səpələnmi həmvətənlərinə  təbrik edərək “fədakar fəaliyyəti və əzmkarlığı bugünkü tarixi səsvermənin hərəkətverici qüvvəsi və ilhamı olan”  amerikalı ermənilərin indiki nəsillərinə özünün  heyran olduğunu  bildirib.

Muxalifet.az