ABŞ niyə bin Laden ilə əl-Bağdadinin nəşini "dənizə atdı"?

ABŞ-ın həftə sonu İdlibdə təşkil etdiyi əməliyyatda öldürülən İŞİD liderinin cəsədinin dənizə atıldığı ortaya çıxdı. Muxalifet.az bu barədə "Euronews"a istinadla xəbər verir. Onların bu qərarı Əl-Qaidə lideri Usamə bin Ladenin ölümünü xatırlatdı. 2011-ci ildə ABŞ rəsmiləri bin Ladenin cəsədinin Oman dənizindəki USS Carl Vinson gəmisinə aparıldığını və oradan dənizə atıldığını açıqlamışdı. Dünyanın ən çox axtarılan iki terror təşkilatı liderinin cəsədi niyə basdırılmaq yerinə dənizə atıldı? Bin Laden ABŞ-ın iddia etdiyi kimi islami qaydalara görə dəfn edildimi? O dövrün ABŞ prezidenti Barak Obamanın terrorla mübarizə müşavirlərindən biri John Brennan, bin Ladenin cəsədinin islami qaydalara uyğun yuyulduqdan sonra “dənizdə dəfn edildiyini” ifadə etmişdi. İslami qaydalara görə cəsədin 24 saat ərzində dəfn olunmasının vacib olmasının söyləyən Brennan 24 saat içində bunu yerinə yetirə biləcək bir ölkə tapmağın mümkün olmadığını bildirmişdi. Bağdadinin dəfn edilmə üsulu ilə bağlı ABŞ Rəsmisi Mark Milley, cəsədin qalıqlarının beynəlxalq müharibə qaydalarına uyğun şəkildə yox edilidyini söyləyib. Obama administrasiyası bin Laden mövzusunda yalan dedi. İlahiyyatçılara görə bir müsəlmanın cəsədinin dənizə atılması İslama uyğun deyil. Əl-Əzhər Universitetinin sabiq rektoru Əhməd ət-Tayyib, “cəsədin dənizə atılmasının dini və insani dəyələrə zidd olduğunu” bildirmişdi. Ağ Evdən verilən açıqlamaya görə terrorçu liderlərin cəsədi hansısa bir yerə dəfn edilərsə “terror abidəsi”nə dönə bilər. Lakin bu açıqlama əsassız hesab olunub. Çünki bin Ladenin dəfn olunmayıb izinin itirilməsinə baxmayaraq bir nəticə əldə olunnmadı, yəni bu terrorun kökünün kəsilməsinə kömək edə bilməz. Bundan başqa əl-Qaidə liderinin cəsədinin heç bir fotosunun ortaya çıxmaması konspirasiya nəzəriyyəsinin yaranmasına səbəb oldu. Bağdadinin də eyni tərzdə dənizə atılaraq "izinin itirilməsi" bir çox şübhələrə səbəb olub. Muxalifet.az