VURĞUN ƏYYUBUN DOĞUM GÜNÜ... - Bu münasibətlə ədəbi-bədii gecə keçirilib
25-10-2019 23:22
Baxış sayı:
4523

Fikrət Əmirov Konfrans-Konsert Mərkəzində keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk (qurucu) sədri Vurğun Əyyubun doğum günü münasibətilə ədəbi-bədii gecə keçirilib.
APA-nın xəbərinə görə, tədbir Xəzər Universitetinin təşkilatçılığı ilə baş tutub.
Gecədə universitet tələbələrinin hazırladığı bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə millət vəkili Aqil Abbas, professorlar Qulu Məhərrəmli, Bədirxan Əhmədov, Əli Şamil, Xəzər Universitetinin dekanı Elza Səmədli Vurğun Əyyubla bağlı xatirələrini bölüşüblər.