​Müşfiq Mədətovdan AÇIQLAMA: "Şikayətçi deyiləm"

Müşfiq Mədətov bıçaqlanması ilə bağlı xəbərlərə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, qafqazinfo-ya açıqlama verən Mədətovun sözlərinə görə, bıçaqlanması ilə bağlı yayılan xəbərlər yalandır:
"Tamamilə yalan xəbərdir. Əgər bıçaqlansaydım, 3 gün polis idarəsində saxlanılmazdım. Məni idarədə qanunsuz olaraq saxladılar. Adı silahlı insidentə qarışan həmin şəxsləri isə heç vaxt tanımamışam. Heç kimdən şikayətçi deyiləm. Münaqişənin söyüş üstündə baş verməsi ilə yalan xəbərdir".
Qeyd edək ki, mətbuatda Müşfiq Mədətovun bıçaqlanması ilə bağlı xəbər yayılıb. Həmin şəxslər, eyni zamanda Səbail RP-nin rəis müavini, polkovnik Orxan Axundzadəni ayağından güllə ilə vurub qaçıblar. Keçirilən geniş əməliyyat zamanı 3 nəfər şübhəli - Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov saxlanılıb.