Mərkəzi Kəşfiyyat İdarəsi: “Yadplanetlilər rus əsgərlərini...”

Mərkəzi Kəşfiyyat İdarəsinın sənədlər arasında diqqətçəkən məxfi material aşkarlanıb. Materialda yadplanetlilər 23 rus əsgərini daşa çevirməsi haqda informasiya yer alıb.
Hurriyyet.org-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, əslində sənəd Ukraynada yayınlanan bir qəzet xəbərinin Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmış tərcüməsindən ibarət olub.
Materialda 23 rus əsgərinin yadplanetlilərlə atışmasından və onların həmin atışmada daşa döndərilməsindən bəhs olunur.
Xəbərdəki iddiaya görə, rus əsgərləri təsbit etdikləri bir UNO-nu vurublar. Yerə düşən obyektdən 5 yadplanetli çıxaraq əsgərlərə qarşı savaşıb. Təslim olmaq istəməyən yadplanetlilər əsgərləri daşa döndəriblər.
Yazıya görə, əsgərlər UFO-ya raketlə atəş açaraq onu yerə endirə biliblər.
Sənədlərdə əsgərlərlə macadilə edən yadplanetlilərin iri başı və əcaib gözləri olan insanabənzər varlıqlar olduğu ifadə edilib.
Sənəddə o da qeyd olunub ki, daşa dönən əsgərlər hadisədən sonra haradasa gizlədilib.
Amma olaydan qaçıb canını qurtaranlar da olub ki, onları da uzun illər Rusiya KQB-si hardasa gizlədib.
Materialda həmin yadplanetlilərin sonrakı aqibəti, onların niyə geriyə dönməmələri, eləcə də, olayı görən o iki əsgər haqda ətraflı heç bir məlumat verilmir.
250 səhifəlik KQB dosyedə müxtəlif rəsmlər və şahid ifadələri də yer alıb.