​“Min nəfər insanın çörəksiz qoyulması təxribatdır” – UCARDA İŞSİZ QALAN 200 SAKİN ETİRAZA QALXDI / Video, Fotolar

Baxış sayı:
14695

"MKT-Ucar" filialının 200 nəfər əməkdaşı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçilər yazır:
“"MKT-Ucar" filialının 01 mart 2019-cu il tarixdə bağlanılması barədə 200 nəfər işçinin hər birinə gecə saatlarında verilən xəbərdarlıq məktubunu biz qara xəbər kimi qəbul etdik. Sanki bizim elə bil hüzrümüz düşdü.Hazırda "MKT-Ucar" filialının 200 işçisi çıxılmaz bir vəziyyətlə üzləşmişik.
"MKT-Ucar" filialı  (Ucar Pambıq təmizləmə zavodu) 1922-ci il tarixində inşa edilib, 1926-cı ildə istifadəyə verilib. Bu pambıq təmizləmə zavodu sovetlər dönəmində ən məhşur böyük bir müəssisə olub. 2016-cı il tarixdə "MKT-Ucar" filialı olub. Burada 200 nəfər işləyir ki, hər bir işçinin evində 5-6 nəfər ailə üzvü var. Bütün ailənin yeganə gəlir yeri bu idarədən aldığı əmək haqqısıdır.
25 yanvar 2019-cu il tarixdə hər bir işçiyə MKT İstehsalat Kommersiya MMC-nin baş direktoru Rövşən Həsənov tərəfindən xəbərdarlıq məktubu təqdim olundu. Məktubda qeyd edilib: "Nəzərinizə çatdırmaq istəyirik ki, 07.01.2019-cu il tarixdə sizinlə "MKT İK" MMC ilə qarşılıqlı razılaşma əsasında 31.01.2019-cu il tarixə kimi əmək müqaviləsi müddəti uzadılmışdı. Qanunvericiliyə əsasən, sizinlə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 31.01.2019-cu il tarixdə xitam veriləcək.Bununla əlaqədar olaraq hesablanmış son  haqq-hesab məbləği əmək haqqı hesabınıza köçürüləcəkdir.Xahiş edirik ki, əmək kitabçanızı təhvil almaq üçün həmin tarixdə Filialın Kadrlar Şöbəsinə yaxınlaşasınız".

Biz bu xəbərdarlıq məktubunu qara xəbər kimi qəbul edib etirazımızı bildirdik ki, bəs bizim ailəmiz necə dolanacaq, nə edəcəyik. Rəhbərlik bizə bir neçə gün sonra dedi ki, yuxarıdan göstəriş verilib, zavod fəaliyyətini dayandırmayacaq, işləyəcək. Bir neçə gün sonra nə baş verdisə, yenidən deyildi ki, yenə yuxarıdan göstəriş verilib, zavod 01 mart 2019-cu il tarixdən fəaliyyətini dayandıracaq.
İndi biz çıxılmaz bir vəziyyətlə üzləşmişik.Ümidimiz bir Allaha, prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevayadır. Diqqət edin ki, zavodun fəaliyyətinin dayandırılmasına heç bir əsas yoxdur. Prezidentin xüsusi göstərişi ilə pambıqçılığın sürətlə inkişaf etdirildiyi bir vaxtda fəaliyyəti zəruri olan böyük bir zavodun qəfil bağladıb, 200 nəfər zəhmətkeş işçini çörəksiz qoyurlar. Bu 200 nəfər işçinin evində 5 ailə üzvünü də hesaba alanda 1000 nəfər insanın çörəksiz qoyulması təxribat hesab edilir. Buna baxmayaraq biz ümidimizi üzməmişik, ona görə ki, İlham Əliyev kimi qayğıkeş prezidentimiz, Mehriban Əliyeva kimi mərhəmətli Birinci xanım var. Biz Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan çox-çox xahiş edirik, yalvarırıq ki, "MKT-Ucar" filialının bağlanmasına imkan verməyin, bizə köməklik edin. Ümidimiz yalnız sizədir. Biz 1000 nəfər vətəndaş sizin qərarınızı gözləyirik. İnanırıq ki, siz bu müraciətimizi araşdırb tədbir görəcəksiniz”.
Məktuba "MKT- Ucar" filialının aşağıdakı əməkdaşları imza atıb:
Abdulhəmidov Ramiz Xəlil oğlu  əlaqə telefonu;
Xəlilov İkram Abduləli oğlu;
Həsənov İlqar Ziyad oğlu ;
Həsənov Elçin Rüstəm oğlu;
Mehdiyev Nadir Camaləddin oğlu;
Ağalarov Ağadadş Andrey oğlu;
Xeyxatı İsmayıl İbrahim oğlu;
Baxışıov Famil Baxış oğlu;
Yolçuyeva Sevda İsa qızı;
Məmmədova Ədilə Qasım qızı;
Əliyeva Rəna Fazil qızı;
Abdullayeva Hicayət Ağasəf qızı;
Ağalarov Andrey Ağalar oğlu;
Həsənov Cəfər İlqar oğlu;  
Hacıyev Möhlüd Muxtar oğlu;
Ağalarov Ağalar Andrey oğlu  və digərləri.

Muxalifet.az