Melania Trampın köçkün uşaqları ZİYARƏT ETMƏSİ BÖHRAN YARATDI

Baxış sayı:
3886

ABŞ prezidenti Donald Trampın xanımı Melania Trampın köçkün uşaqların qaldığı kompleksi ziyarət etməsi böhrana səbəb olub. Melanianın ziyarətində geydiyi paltarın arxasında yazılan “Həqiqətən məhəl qoymuram” mesajı diqqətlərdən qaçmayıb.
 
AMERİKADA BÖYÜK TƏPKİYƏ SƏBƏB OLUB
 
Ərinin irqçi ifadələri və köçkünlərə olan münasibətindən dolayı tənqid edilən Tramp ailəsi, yenə bütün diqqətləri üzərinə çəkib.
Melania Trump, Texasın Mcallen bölgəsindəki qaçqın uşaqların qaldığı bir kompleksi ziyarət edib.
Sürpriz səfərdə Melanianın paltarı gündəm yaradıb. Melanianın paltarındakı "I REALLY DONT CAR-a, DO U"? ("Həqiqətən məhəl qoymuram. Ya sən "? yazısı Amerika mətbuatında və sosial mediada böyük təpkiyə səbəb olub.
Müxalifət.az