LUKAŞENKO: “Abxaziyanın müstəqilliyini tanımağa hazır idim..."

Baxış sayı:
14578

“Mən zamanında Abxaziyanın müstəqilliyini tanımağa hazır idim”.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən Abxaziyanın tanınması haqqında əmr imzalamağa hazır idim. Bəs sabah nə olacaqdı? Mənim yanıma NATO-nun keçmiş baş katibi Xavyer Solana gəldi. Uzun və yaxşı danışığımız oldu. O dedi ki, “əgər siz Abxaziyanın müstəqilliyini tanısanız, ilk olaraq sizin üçün beynəlxalq bank sistemini söndürəcəyik, siz tam təcrid olunacaqsınız. O mənə hər şeyi açıq və aydın dedi”– deyə o, bildirib.

Lukaşenko həmçinin bu məsələni keçmiş Rusiya prezidenti Dmitri Medvedyevlə müzakirə etdiyini və tərəflərin ortaq fikrə gəldiyini deyib.