Lavrovun "çoxüzlü" siyasəti və ermənilərin "Naxçıvan İştahı"

Baxış sayı:
6823

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ermənistan-Türkiyə protokolları ilə bağlı İrəvanda maraqlı bir açıqlama verib.

“2010-cu ildə Sürix protokollarının bağlanmasında həlledici rol oynadıq. Baxmayaraq ki, bu ideyanın şişirdilməsi və xüsusən Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olmayaraq qüvvəyə minə biləcək gözləntilər barədə xəbərdar etmişdik. Ciddi şübhələrimiz var idi, lakin o vaxtkı erməni həmkarlarımız "yox, yox, belə olacaq, bizə söz verildi" dedilər. Təəssüf ki, Sürix protokollarının taleyini hamınız bilirsiniz", Lavrov deyib.
Lavrov bildirib ki, " bu ölkələr (Azərbaycan və Ermənistan) arasında müharibə başlayacağına" inanmaq üçün heç bir əsas görmür.
Xatırladaq ki, noyabrın 13-də Türkiyə prezidenti Ərdoğan ABŞ-a səfər edəcək. Görünən odur ki, Moskva Ərdoğanın manevr sahəsini daraltmağa çalışır, yəni Ərdoğan yenidən "isiqamətini" dəyişdirib üzünü ABŞ-a çevirərsə, Moskva Türkiyə üçün arzuolunmaz gedişlər hazırlayacaq.
Xatırladaq ki, oktyabrın 29-da ABŞ Nümayəndələr Palatası iki qətnamə qəbul etdi - "erməni soyqırımının" tanınması və Türkiyə rəsmilərinə qarşı sanksiyaların tətbiqi haqqında. Qətnamələrin qəbul edilməsi, ekspertlərin fikrincə, Ərdoğanla danışıqlarda Tramp üçün arqument ola bilər.
Bu danışıqlar Moskva üçün çox da rahat olmayacaq. Ola bilər ki, Moskva Ərdoğana qarşı başqa bir “şantaj”dan - "soyqırımın" tanınması deyil, qondarma “DQ”probleminindən istifadə etmək qərarına gəlib. Lavrov İrəvana səfəri zamanı əslində Azərbaycanın danışıqları hərbi yolla həll variantına qaytarmaq cəhdlərinə son qoyan açıqlamalar verdi.
"Ermənilər artıq bölgə ilə bağlı gələcək planlarını bu şəkildə bəyan edə bilər. Xüsusilə, Azərbaycan prezidenti İlham Əliyevin “Zəngəzurun Ermənistana verilməsi türk dünyasında coğrafi parçalanmaya səbəb oldu” ifadəsinə cavab olaraq, Naxçıvanın Azərbaycana təhvil verilməsini ilə Ermənistanın regional kommunikasiyalardan kənarda qaldığını söyləyə bilər"(sitat lragir.am).
PS. Belə görünür ki,Rusiya XİN Lavrov Türkiyənin Rusiya ilə əməkdaşlığı zərurətindən Türkiyəyə tələ qurub, şantaj vasitəsi kimi istifadə etməyi planlaşdırır. Türkiyə və ABŞ münasibətləri düzəlməyə doğru gedərsə, qondarma “Dağlıq Qarabağ” məsələsini Türkiyəyə qarşı şantaj kimi isifadə etməyə hazırdırlar. Yəqin ki, Soçi görüşündə “Dağlıq Qarabağ” məsələsinə də, başqa əməkdaşlıq məsələlərinə də toxunulub. Türkiyənin onlarla razılaşmaya “sədaqətli”qalacağını gözləmədikləri zaman əllərində Azərbaycanın “işğal olunmuş torpaqları”kartını hazır saxlayırlar və Lavrovun bu çıxışını da xəbərdarlıq saymaq olar. Onlar Rusiya-Ermənistan münasibətlərini bir bütün olaraq nəzərdən keçirdikləri kimi, Türkiyə - Azərbaycan münasibətlərini də bir kontekstdə nəzərdən keçirirlər.
Muxalifet.az