​Keçmiş məhkum olan ər arvadını bıçaqladı - Qadının GÖRÜNTÜLƏRİ - VİDEO

Baxış sayı:
5467

Ər arvadını məişət zəmnində çıxan mübahisə zamanı bıçaqlayıb.
Muxalifet.az xəbər verir ki, Tovuz rayonunda iyulun 15-də Avaztəpə kənd sakini, 60 yaşlı Lətifə İsmayılova bədənin müxtəlif nahiyələrinin bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının həyat yoldaşı, 65 yaşlı Mahir Əliyev tərəfindən bıçaqlandığı məlum olub və o saxlanılıb. Məlumata görə, M. Əliyev əvvəllər adam öldürməyə görə məhkumluk həyatı yaşayıb.
Adilə Həsənova - Həkim: “Xəstə qəbul olubdu, vəziyyəti ağır idi. Üz, kürək, döş nayihəsində kəsilmiş-deşilmiş yaralar var. Xəstəyə lazımi tədbirlər görüldü, yaraları tikildi, ancaq vəziyyəti hələ də orta-ağırdır”.