İsveç C.Koreyaya qalib gəldi
18-06-2018 18:04
Baxış sayı:
1666

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək. Muxalifet.az xəbər verir ki, günün ilk matçı ilə F qrupunda ilk tura yekun vurulacaq. Hazırda İsveç millisi Cənubi Koreya ilə Nijni Novqorodda şəhər stadionunda üz-üzə gəlir. Daha sonra isə G qrupunun kollektivləri mübarizəyə qoşulacaq. Əvvəlcə Belçika Panamanı, daha sonra İngiltərə Tunisi sınağa çəkəcək. *** C.Koreya İsveç matçı 1-0 isveçlilərin qələbəsi ilə bitib. Belə ki, 65-ci dəqiqədə Qranvqist 11 metrlik cərimə zərbəsi ilə hesabı açıb.