MARADONANIN ÖLDÜRÜLDÜYÜ ÜZƏ ÇIXDI - Komissiya açıqladı
20-05-2021 22:27
Baxış sayı:
12228
Əfsanəvi futbolçu Dieqo Maradonanı müalicə edən tibbi qrup qəsdən adam öldürməkdə günahlandırılıb.
“AFP” xəbər verir ki, qrupa daxil olan 7 nəfərin hər birini 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.
Bu qərar Maradonanın ölümünü araşdıran komissiyanın nəticələrinə əsaslanır.
Komissiya tərəfindən Maradonanın son videosundakı görüntüləri araşdıırılıb.
Yoxlama zamanı həkimlərin hərəkətlərinin adekvat olmadığı aşkar edilib.
Xatırladaq ki, Dieqo Maradona keçən il noyabrın 25-də ani ürək tutmasından dünyasını dəyişmişdi. Cəsədin yarılması nəticəsində onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilmişdi./APA