İRANDA DƏHŞƏTLİ VİRUS SÜRƏTLƏ YAYILIR - 9 əyalətdə koronavirusa yoluxma təsdiqləndi
24-02-2020 17:08
Baxış sayı:
3934
İranda koronavirusla bağlı rəsmi statistika açıqlanıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə məlumatı IRNA agentliyi yayıb.
Bildirilib ki, ölkənin 9 - Tehran, Qum, Gilan, Mazandaran, Simnan, Əlborz, İsfahan, Mərkəzi və Həmədan əyalətlərində koronavirusa yoluxma halı təsdiqlənib. Ümumilikdə 61 nəfərə koronavirus diaqnozu qoyulub. Bunlardan 12-si ölüb, 3-ü isə sağalıb.