Bəxtiyar Ersay Türkiyənin Birinci Ordu Komandanı təyin olundu

Baxış sayı:
691

Türkiyəli ordu generalı Bəxtiyar Ersay Birinci Ordu Komandanı təyin olunub.

Qafqaz.media xəbər verir ki, bu barədə qərar Türkiyənin “Rəsmi” qəzetində çıxıb.

Bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Qeyd edək ki, Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviridir. Ona bir neçə gün əvvəl ordu generalı rütbəsi verilmişdi.