“Qarabağ” öz meydanında “Şkendiya”nı DARMADAĞIN ETDİ
12-08-2025 22:40
Baxış sayı:
271

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” Bakıda “Şkendiya”nı qəbul edib.
Muxalifet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə meydan sahibləri rəqiblərini 5:1 hesabı ilə darmadağın edib.
Bununla da, "Köhlən atlar" Çempionlar Liqasının “play-off” mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.