Tramp Lukaşenkonun Minskə ailəvi dəvətini qəbul etdi
15-08-2025 20:18
Baxış sayı:
268

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampı ailəsi ilə birlikdə Belarusa səfərə dəvət edib.
“Belta” xəbər verir ki, Tramp dəvəti qəbul edib.
Məlumata görə, dövlət başçıları telefon danışığı zamanı ikitərəfli gündəliyə aid məsələləri, regional mövzuları və o cümlədən Ukrayna da daxil olmaqla, “qaynar nöqtələr”dəki vəziyyəti müzakirə ediblər.
Bildirilib ki, tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər.