Culfada DSMF binasının təmirinə 434 min manat xərclənəcək

Baxış sayı:
194

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Muxalifet.az
 xəbər verir ki, tender müsabiqəsinin qalibi olan “Constructıon Busıness Group” MMC (VÖEN – 1404804151) nazirliyin sifarişi əsasında Culfa şəhəri, Heydər Əliyev prospekti, 54 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının əsaslı təmiri işlərini həyata keçirəcək.
Binanın əsaslı təmiri üçün nazirlik qalib şirkətə 434 min 158 manat 91 qəpik ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 1 120 manat olan “Construction Business Group” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov 3 MKR, ev 9, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Elmir Vaqif oğludur.