Şahin Şıxlinskinin şikayəti təmin edilmədi - HƏBSDƏ QALACAQ
15-08-2025 20:09
Baxış sayı:
298

Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski istintaq təcridxanasında qalacaq.
Muxalifet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, onun vəkilinin apellyasiya şikayəti təmin edilməyib.
Məlumata görə, şikayət Moskva Şəhər Məhkəməsində araşdırılıb.
Qeyd edək ki, Şahin Şıxlinski bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi tərəfindən federal axtarışa verilmişdi. O, avqustun 2-də saxlanılıb.