​İran gizli şəkildə Rusiyaya yük təyyarələri göndərir

Baxış sayı:
15138

İran yük təyyarələri kütləvi şəkildə Moskvaya gəlməyə başlayıb. Qafqaz.media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Flightradar" uçuş izləmə portalının məlumatında qeyd olunur.
Portalda İranın dövlət aviaşirkəti “Iran Air”ə məxsus “Boeing 747-21AC” daşıyıcısının hərəkəti ilə bağlı məlumatlar yer alıb. Təyyarə sentyabrın 4-də saat 20:08-də Moskva Şeremetyevo hava limanına enib. Ertəsi gün, sentyabrın 5-də Boeing 747 hava limanından yenidən İrana uçub.
Ümumilikdə, “Hərbi Xəbərçi” Telegram kanalının məlumatına görə, avqustun 21-dən bəri üç belə uçuş həyata keçirilib.
Muxalifet.az