Zəvvarları daşıyan avtobus qəzaya uğradı, 4 nəfər öldü, 57 nəfər yaralandı
13-08-2025 21:58
Baxış sayı:
277

İraqda iranlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var.
Muxalifet.az xəbər verir ki, hadisə bu gün Basra–Şalamçe yolunda, Ərbəin dini mərasiminə gedən zəvvarları daşıyan avtobusun iştirakı ilə baş verib.
Qəza nəticəsində 4 nəfər ölüb, 57 nəfər isə xəsarət alıb.
İlkin məlumata görə, avtobusun yolkənarı maneəyə çırpılması nəticəsində qəza baş verib.