İran Prezidentinin axtarışına “AKINCI” PUA-ları cəlb edildi

Baxış sayı:
4706

İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı axtarış ilərinə “AKINCI” pilotsuz uçuş aparatı və “Cougar” tipli helikopter cəlb edilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Nazirlikdən bildirilib ki, İran hakimiyyətinin Türkiyə Xarici İşlər Nazirliyi vasitəsilə etdiyi müraciət əsasında İran Prezidentinin və onun nümayəndə heyətinin qəzaya uğramış helikopterinin axtarış-xilasetmə işlərində iştirak etmək üçün “AKINCI” pilotsuz uçuş aparatı və gecəgörmə qabiliyyətinə malik “Cougar” tipli helikopter təyin edilib.