İran ABŞ-ın danışıqlara başlamaq təklifini rədd etdi

Baxış sayı:
3424

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi ABŞ tərəfindən sanksiya tətbiq olunduğu üçün bu ölkənin əməkdaşlıq təklifini qəbul edə bilməyəcəklərini açıqlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu təklifi “ağlasığmaz” kimi dəyərləndirən iranlı diplomat bəyan edib ki, ABŞ düşmənçiliyi israrla davam etdirdiyi müddətdə danışıqların heç bir mənası yoxdur.

O, həmçinin ABŞ-ın tətbiq etdiyi “misli görünməmiş” sanksiyaların beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın BMT yanında daimi nümayəndəsi xanım Kelli Kraft qurumun Təhlükəsizlik Şurasına məktub göndərərək, regionda gərginliyin aradan qaldırılması üçün ölkəsinin İranla heç bir ön şərtsiz danışıqlara başlamağa hazır olduğunu bildirib.