Beynəlxalq axtarışda olan narkotacirlər Türkiyəyə ekstradisiya olundu - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
151

Türkiyə hökuməti "Qırmızı bülletenlə" axtarışda olan narkotik tacirlərini ölkəyə ekstradisiya edib.

Stopnarkotik.az xəbər verir ki, rəsmi açıqlamaya görə, narkotik alveri ilə əlaqədar beynəlxalq axtarışda olan S.K. və Ş.G. Gürcüstanda tutulub.

Məlumata əsasən, son 2,5 ildə 58 ölkədən" Qırmızı bülleten"lə axtarılan 584 nəfər ölkəyə qaytarılıb.

"Harada olmalarından asılı olmayaraq, cinayət törədənləri bir-bir tutub ölkəmizə qaytarırıq", - deyə rəsmi açıqlama verilir.