"Hər şey gözəl olacaq" - ABDULLA GÜL İMAMOĞLUNUN SEÇKİ ŞÜARINI SƏSLƏNDİRDİ
23-06-2019 16:49
Baxış sayı:
5548

Türkiyənin 11-ci prezidenti Abdullah Gül də İstanbul bələdiyyə sədri seçkilərində səs verib.
Türkiyə KİV-ləri xəbər verir ki, xanımı Hayrünnisa Güllə Çibikluda 1145 nömrəli sandıqda səs verən Gülün ilk açıqlaması belə olub:
“Vətəndaşlıq vəzifəmizi yerinə yetirib səsimizi verdik. İnşallah, Türkiyə üçün xeyirlisi olar. Qarşımızda 4 il yarım qədər uzun bir yol var. İnşallah, hər şey gözəl olacaq, yaxşı olacaq”.