HONQ KONQDA HƏYƏCAN SİQNALI! - Tanklar və zirehli texnika küçələrə yeridildi - VİDEO

Baxış sayı:
19486

Çin, etiraz aksiyalarının davam etdiyi Honq Konqun sərhədindəki Şenzen şəhərində keçirdiyi hərbi təlim ilə etirazçıları təhdid edib.

Etirazların səbəbi Honq Konqdakı dustaqların Çinə təhvil verilməsidir.

Şenzen şəhərinə çox sayda zirehli texnika və ağır silahlı polis toplanıb. Şenzen stadionuna hərbi bölmələr yerləşdirilib. Əldə edilən peyk çəkilişlərində hərbi birliklərin təlim keçdikləri görünür.

Mütəxəssislər bu təlimləri Çinə qarşı uzun müddət çıxışlar edən Honq Konq etirazçılarına mesaj kimi qiymətləndirirlər.