Əfsanəvi futbolçu "Real Madrid"ə qayıdır

Baxış sayı:
2233

"Real Madrid"in əfsanəvi futbolçusu Raul Qonzales doğma komandasına qayıdır.
 
Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, sabiq forvard bu dəfə məşqçi kimi iş başında olacaq.
 
Hazırda "Pro" kateqoriyalı kurslara qatılan Raul iyulun 14-də bu lisenziyaya qovuşacaq. Gələn mövsümdən etibarən o, Real-ın ikinci komandası sayılan Castilla-nın "sükanı arxası"na keçəcək. Klub rəhbərliyi Raulu gələcəkdə əsas komandanın çalışdırıcısı Zinəddin Zidana layiqli əvəzləyici qismində görür.
 
Qeyd edək ki, Raul Qonzalers 1994-2010-cu illərdə Real-ın əsas komandasında çıxış edib.