“Fərid Mehrəlizadə saxlanılmayıb, sadəcə polisə dəvət olunub" - DİN

Baxış sayı:
3596

İqtisadçı ekspert Fərid Mehrəlizadə polisə dəvət olunub, araşdırma aparılır.
Bu barədə Turan-ın sosial şəbəkələrdə Mehrəlizadənin saxlanılması ehtimalı haqqında yayılan məlumatları şərh etmək xahişinə cavabda DİN-in mətbuat xidmətindən bildiriblər.
Bununla da idarə ekspertin saxlanıldığı haqqında təxminləri təkzib edib.
Bu zaman DİN Mehrəlizadənin hansı iş üzrə polisə dəvət olunduğunu dəqiqləşdirməyib.