FETÖ-də çatırtı səsi “namussuzluq”, “şərəfsizlik” iddialarına qarışdı: “Təşkilatda çeteleşmə gedir”

Baxış sayı:
7520

Türkiyədə bəzi FETÖ üzvləri həbs edildikdən sonra cinayətlərini boyunlarına alaraq, öz əqidə yoldaşlarını ələ verib və xaricə sığınıblar. Mühacirətlərindən sonra isə FETÖ öz satqınlarını yenidən camaat sıralarına qəbul edib.

Bu iddia ilə FETÖ-ya üzvlükdə adı hallanan Əmrə Yigit çıxış edib.

O, özünün Twitter hesabında yazıb: “İnsanların adlarını verib aylarla həbslərinə və yoxoluşlarına yol açan birinin yenidən təşkilatın xarici qanadında görəvləndirildiyini duydum. İnşallah, yalandır və yanlış məlumatdır, deyə hüsnü-zənn edirəm” (yaxşılığa yozmaq-red).

Fəthullah Gülən və camaatını bu namussuzluğu törədənin adını açıqlamağa və vəzifəsindən dərhal uzaqlaşdırmağa çağıran Əmrə Yigit əks halda, təşkilata dəstəyini kəsməklə təhdid edib: “Mən bu camaata zülmə uğrayırlar, deyə dəstək verdim. Verdiyim dəstək camaatın çeteləşməsi üçün deyil”.

Sözügedən şərəfsizlik hansı ölkədə edilibsə, onun bütün məsul şəxslərinin hesab verməli olduğunu bildirən Əmrə Yigit baş verənləri təşkilat içindəki çeteləşmə adlandırıb:

“Gəldiyim nöqtədə görürəm ki, camaatiçi çeteləşmələr - etirafçı belə olsan, birinin adamısansa, görəv ala bilirsən, bunun adı çeteləşmədir – var və bu çeteləşmələrə qarşı camaatın səssiz qalması mənim üçün qəbul edilə bilən bir əxlaqi anlayış deyil”.

FETÖ-ya ikinci daxili zərbə Mahmud Cəbi adlı üzvündən gəlib. O, nəinki hansısa “namussuz” etirafçını, hətta birbaşa Fəthullah Güləni hədəfə alaraq yazıb:

“Amerikadakılar “Xoca əfəndinin bu lənətli sürəcdə heç yalnız yapmadı” deməyə başlamışlar.

Bunu deyənlərdən rica edirəm.

Xoca əfəndinin bu sürəcdə yapdığı doğruları yaza bilərsinizmi?” \\Ovqat.com