Ermənistan Milli Təhlükəsizlik Xidməti sabiq deputat Arakel Movsisyanın evində axtarış aparır
21-06-2018 22:51
Baxış sayı:
4297

Ermənistan Milli Təhlükəsizlik Xidməti hazırda ölkənin Respublikaçı Partiyasının keçmiş millət vəkili Arakel Movsisyanın şəxsi evində axtarış aparır.
Muxalifet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Samson Qalstyan məlumat verib. Sabiq millət vəkili malikanəsi Ermənistanın Ayqek kəndində yerləşir.
Samson Qalstyan Arakel Movsisyanın evində nə baş verdiyini deməyib, saədəcə təhlükəsizlik xidməti əməkdaşlarının araşdırma apardığını, daha ətraflı məlumatın sonra veriləcəyini bildirib.