Dünya şöhrətli müğənni Şakiraya şok!

Baxış sayı:
6163

 Kolumbiyalı müğənni Şakira İspaniyada haqqındakı vergidən yayınma ittihamı ilə məhkəmədə açılan istintaq çərçivəsində ifadə verməyə çağırılıb.
 
İspaniyanın “İGİD” agentliyinin xəbərində, Barselonadakı “Esplugues de Llobregat” məhkəməsi hakiminin maliyyə prokurorluğu tərəfindən Şakira haqqında aparılan istintaq başlama müraciətini qəbul etdiyi bildirilib.
İstintaq çərçivəsində 12 iyunda Kolumbiyalı müğənninin məhkəməyə ifadə verməyə çağrıldığı bildirilib. Məhkəmə mənbələri Şakiranın haqqındakı araşdırmaya dair İspan ədliyyə qurumları ilə əməkdaşlığa hazır olduğunu çatdırdığı qeyd edilib.
 
VERGİ ÖDƏMƏMƏK ÜÇÜN OTURUM YERİNİ DƏYİŞDİRDİ
 
 Prokurorluğun təqdim etdiyi iddianamədə, Şakira İspaniyada vergi ödəməmək üçün oturumunu Baham Adalarında göstərməklə və 2012-2014-ci illərdə bütövlükdə 6 maliyyə cinayəti törədərək 14.5 milyon avro vergidən yayınmaqla ittiham olunur.
Prokurorluğa əsasən, 2012-2014-ci illərdə Barcelona futbolçusu Jerar Pique ilə birgə olduğu üçün İspaniyada yaşadığı və Esplugues de Llobregat-da ev satın aldığı müəyyən edilən Şakiranın bu ölkədə də vergi ödəməsi lazımdır.
İspaniya qanunlarına görə, 6 aydan çox İspaniyada qalan bir vətəndaş vergi ödəyicisi sayılır.
Müxalifət.az