“Sizinlə bir vətənin övladı olduğum üçün qürur duyuram” – Zülfiyyə Xanbabayeva şəhid analarına səsləndi – VİDEO/FOTO
Xalq artisti Zülfiyyə Xanbabayeva Zəfər bayramına həsr olunmuş “Mənim oğlum qəhrəmandır” adlı layihə çərçivəsində çıxış edib.
Muxalifet.az xəbər verir ki, bu barədə o, öz İnstaqram səhifəsində paylaşım edib. İfaçı fikirlərini bu cür ifadə edib:
“Qəhrəman şəhidlərimiz vətənimizə fəda, bizə isə əziz dost olublar. Özlərindən sonra dərdlə yoldaş olan analarını isə xalqa əmanət etdilər... Mən sizinlə bir vətənin övladı olduğum üçün qürur duyuram, əziz şəhid anaları!”.
Tədbirin təçkilatçılarından “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanov da Xalq artistinin çıxışı ilə bağlı fikirlərini bölüşüb.
“Əmanətlərimizin ailələrilə doğmalaşan sənətkarlarımız öz ailələrini də bu birliyimizə qatırlar. Onlardan biri də Xalq artisti Zülfiyyə Xanbabayevadır. Layihələrimizin ilk günündən ailəsi ilə şəhid yaxınlarını təsəlli etmək, səsi ilə ruhlarını oxşamaq üçün yanımızda olub. Şəhidlərimiz analarıyla xüsusilə dost idilər. İlk sevgilərini analarına söyləmişdilər. Necə bir igid, neçə qəhrəman dünyaya gətirib, fədakarlıqla xalqına, dövlətinə xidmətə göndərdi, analar... Ən yaxın dostlarını bizə də əziz dost etdi, analar”, deyə C.Qurbanov sosial şəbəkə hesabında yazıb.