Daha bir tarixi sual...

Çörçill niyə məhv edilmək üçün onlara düşmən olan Stalini deyil, qardaş olan Hitleri seçdi?
 
Bu başdan deyim, ona görə ki, Hitler onun doğma qardaşı idi. Həm atadan, həm də anadan doğma olan bir qardaş. Amma ata-analarının bu qan qohumluğunun 1500 illik yaşı vardı.
Hərçənd ki, ortaya hakimiyyət məsələsi çıxanda qardaşlıq telləri qırılır. Lakin Hitlerin ingilislərə və xüsusilə ABŞ torpaqlarına heç bir iddiası yox idi. Ümumiyyətlə, onun heç bir Avropa ölkəsinin ərazisində gözü də yox idi. Tutduğu ölkələr isə, yalnız onun Rusiyaya hücumu zamanı neytrallaşdırma və arxadan ona zərbə vurulmasına imkan verməmək üçündü.
Stalin isə, Böyük Britaniyanı da öz gələcək Ümumdünya Sovet Sosialist Respublikaları İttifaqına daxil etməyə hazırlaşırdı, hətta Amerika Birləşmiş Ştatlarını da. Buna əmin olmaq istəyənlər dahi siyasi tarixçi Viktor Suvorovun kitablarını oxuya bilərlər.
Mən bu barədə yazmışam və təfərrüata ehtiyac yoxdur.
Hələ Hitler Britaniya paytaxtını zərərsiz bombardman, Britaniya təyyarələrinin isə Drezden və Leyspiqi xarabazara döndərdiyi günlərdə, İngiltərə Almaniyaya müharibə elan etməmişdən, Almaniya hələ bolşevik Rusiyasının ürəyinə doğru qəhrəmancasına irəliləyərkən, xəstə beyinli ABŞ prezidenti Ruzveltlə Britaniya və ABŞ xarici kəşfiyyat şefi Kim Filbinin də iştirak etdiyi görüş zamanı haraya - SSRİ və ya Almaniyaya müharibə elan etmək barədə hökm vermək zamanı qəti və amansız düşmənlərini deyil, doğma qardaşını seçib çığırdı: - Hitler üzərinə!
Bəs, Çörçill erməni konyakı və Kuba siqarı hərisi ikən, niyə belə etdi? Niyə bu nəhəng, tükənməz hərbi maşını onların bir nömrəli düşməni olan Stalinə qarşı yox, namərdcəsinə nəhəng SSRİ ərazisində itib-bata bilən kiçik Almaniyaya yönəltdilər?
Balaca Almaniya bu zaman ona müharibə elan edən və ümumiyyətlə, mane olan Afrikada, Fransada, Balkan və Skandinav yarımadalarında və nəhayət, nəhayətsiz Rusiya düzənliklərində qanlı döyüşlər aparırdı.
Bəli, mənafelər toqquşanda qardaş təslim olmasa, boyun əyməsə, daha güclü qardaşın qurbanı olur.
Canavar dəstəsində və ya şir praydında (yəni ailəsində) dünənə kimi bir-birləriylə oynayan erkək balalar - qardaşlar böyüyüb düşmən olurlar, əlbəttə, dəstə və ailəyə yeni başçı seçilmək zərurəti ortaya   çıxanda. Aydındır ki, Çörçill hər dəfə Hitlerin sülh çağırışlarını və danışıqlara başlamaq təkliflərini rədd edirdi. Ona görə yox ki, Hitler Çexoslavakiya və Polşanın yarısını tutmuşdu, SSRİ-yə də girmişdi, yox, sadəcə ona görə ki, Hitler, dilləri fərqlənsə də, ingilislərin doğma qardaşı idi. Hitler də anqlo-saks, Çörçill də. Eləcə, xəstə beyinli, kəmağıl Ruzvelt də anqlo-saks idilər.
Həmin tarixi görüşdə iştirak edən Britaniya əks-kəşfiyyat rəisi Kim Filbi, Çörçillin və Ruzveltin bu qərarı barədə dərhal Stalinə xəbər verdi və ruslaşmış, fanatik rus millətçisi olmuş gürcü çəkməçi oğlu da rahat nəfəs almışdı.
Çünki Çörçill ikinci variantı seçib Hitlerə deyil, Stalinə müharibə elan etmək qərarına gəlsəydi, Stalin artıq Hitlerlə danışıqlara başlamağa hazır və buna məcbur olacaqdı.
Hitlerə isə, Rusiyadan bir az torpaq lazım idi, vəssalam. Amma əbləh Çörçillin bu qərarı nəticəsində Rusiya torpağı Almaniyaya yox, Almaniya torpağı Rusiyaya qismət oldu (Könisberq vilayəti dönüb Kalininqrad oldu).
Çörçill göründüyü kimi, tərsinə qərar qəbul etdi və bununla nəinki nifrət etdiyi rus bolşevizminə Şərqi Avropanı, həm də Yaponiyanın bir parçasını da qurban verdi.
Bəli, ortaya bir balaca sınaq gələndə, nəyisə bölüşmək lazım olanda qardaş qardaşı tanımır və məhv edir. Bunu Azərbaycan ailələrində hər yerdə görmək olar.
İndi hakimiyyət və Avropada nüfuz sahibi olmaq məsələsi ortaya çıxanda qardaşlar necə də asanlıqla qanlı düşmənə dönürlər. Çörçill isə, yalnız iş-işdən keçəndən sonra ayılıb peşman oldu və Stalinə soyuq müharibə elan etdi. Amma bu, qarının… sonra tumanını bərk-bərk bağlamasından başqa bir şey deyildi. Hitler isə, özünü və Almaniyanın yarısını qurban verib Avropa, ABŞ və sivilizasiyanı rus ayısının pəncəsinin qapamasından xilas etdi.
 
Əlisa Nicat