Abid Şərifov insult keçirdi: Vəziyyəti ağırdır
16-10-2025 21:34
Baxış sayı:
121

Baş nazirin sabiq müavini Abid Şərifov insult keçirib.
Muxalifet.az "Yenisabah"a istinadən xəbər verir ki, o, yerimə və danışma qabiliyyətini itirib.
Baş nazirin sabiq müavini hazırda xəstəxanada müalicə alır, həkim nəzarəti altındadır.
A.Şərifovun ailəsindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, 85 yaşlı Abid Şərifov 1995-ci ildən 2018-ci ilə qədər baş nazirin müavini vəzifəsində çalışıb.