Əhməd əl-Şaraa Rusiyada - Bəşər Əsədin ekstradisiyasını istəyəcək
15-10-2025 14:37
Baxış sayı:
141

Suriya prezidenti Əhməd əl-Şaraa Moskvaya çatıb.
APA bu barədə “Al Arabiyya” kanalına istinadən xəbər verir.
Qeyd edək ki, bu Suriya prezidenti Əhməd əl-Şaraanın Rusiyaya ilk rəsmi səfəridir.
Onun rusiyalı həmkarı Vladimir Putinlə keçirəcəyi görüşdə ikitərəfli və regional məsələlərin müzakirə olunacağı, eləcə də sabiq Suriya lideri Bəşər Əsədin Suriyaya ekstradisiya olunması ilə bağlı Putinə müraciət ünvanlayacağı gözlənilir.