Ramiz Mehdiyev həbs olundu – DTX sabiq PA rəhbəri barəsində cinayət işi başladı

Baxış sayı:
181

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində DTX-nin Baş İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılıb.

Bu gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

Məlumata görə, Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunur:

• 278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama;

• 274-cü maddə – dövlətə xəyanət;

• 193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma).

Qeyd edək ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib./teleqraf