İsa Həbibbəylinin qızına məxsus 1 milyon avro Almaniya bankında yoxa çıxıb

Baxış sayı:
181

Naxçıvan Dövlət Universinin (NDU) keçmiş retkoru İsa Həbbibəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nəğd pulu və qiymətli əşyaları fırıldaqla ələ keçirilib. Hadisədən sonra polis təhqiqata başlayaraq, bu pulların hansı yollarla Almaniyaya gətirilməsini araşdırır.
Günay Məsimovanın yaxınlarına verdiyi məlumata görə, bankdakı seyfində 790 min avro dəyərində dollar və brilliyant, 330 min avro pul olub. Pullarını və qiymətli əşyalarını ələ keçirən isə, onun Almaniyada yaşayan tanışı F.M. olub. O, pulları götürüb aradan çıxa bilsə də, polis qiymətli əşyaların bir hissəsini tapıb və məsələ aydınlaşana kimi müsadirə edib. Pulun dəqiq məbləği ilə bağlı rəsmi məlumat yoxdur.
Pulun və qiymətli əşyaların mənbəyini örənmək üçün Nürnberqdə araşdırma başlanılsa da, Günay Məsimova qaçdığından, işi başa çatdırmaq mümkün olmayıb.
Bu ilin əvvəlində baş verən hadisə ictimaiyyətdən gizlədilməyə çalışılsa də „Gündəlik Naxçıvan“ın araşdırmaları bəzi məqamları üzə çıxara bilib.
Araşdırmalarımız zamanı bəlli olub ki, Günay Məsimova Almaniyada saxta evliklik vasitəsi ilə yaşama hüququ alıb. Bundan sonra o, dəyəri 1 milyon avro olan villa və mənzil alıb. Villanın ünvanını dəqiqləşdirə bilməsək də, mənzil Berlin şəhr Kohulfurter küçəsində yerləşir.
Oğurluq hadisəsinin qısa təfərrüatı:
Günay Məsimova ötən ilin iyununda Bakıdan Almaniyaya gətirdiyi pullarını və qiymətli əşyalarını Nürnberqdə yaşayan tanışı F.M. vasitəsi ilə Sparkasse bankında seyfə qoymaq qərarına gəlib. Almaniyada bu cür seyflər qiymətli sənədlər və 10 min avro dəyərinə kimi qiymətli əşyalar üçün nəzərdə tutulsa da, bankın seyfləri açıb, yoxlamaq hüququ yoxdur.
Günayla görüşməzdən öncə F.M., bankın Fürth filialında dostlarından birindən xəbərsiz onun adına seyf hesabı açıb. O daha bir seyf hesabı da Günay Məsimovanı adına açıb və kartını özünə verib. Banka gəldikdən sonra F.M. ona güvənən Günayı aldadaraq, pulları onun yox, dostunun seyfinə qoyub.
Yanvar ayında brilyant qaşlı qızıl saatlarından birini görtürmək üçün banka gələn Günay Məsimova seyfinin boş olduğunu görüb. Telefon əlaqəsi saxladıqdan sonra Günay, F.M.-nin onu aldatdığını, pulu onun yox, dostunun adına olan seyfə qoyduğnu, bir müddət sonra isə götürüb, pribaltika ölkələrindən birinə qaçdığını öyrənib.
O, pullarının mənbəyinin soruşulacağını bildiyindən, oğurluq barədə polisə məlumat vermədən Bakıya qaçıb.
Lakin, F.M-nin aldadaraq adına gizli hesab açdığı Almaniyada yaşayan dostunun atası Ələsgər Vəliyev bütün olanlarla bağlı polisə məlumat verib. Polis zinət əşyalarından bəzisini tapa bilsə də, pullarla bağlı dəqiq məlumat toplaya bilməyib.
Bir ucu Azərbaycana gedib çıxan hadisə bununla bitməyib.
Günay Məsimova polisə məlumat verən atadan qisas almaq üçün Bakıda „bandotdel“dən istifadə edib. İyun ayında istirahət üçün Bakıya gedən Ələsgər Vəliyevin həyat yoldaşı Amaliya Vəliyeva aeroportda saxlanılaraq, bu idarəyə aparılır. Daha sonra ondan tələb ediblər ki, 500 min manat dəyərində olan Heydər Əliyev prospektindəki evlərini Günay Məsimovanın adına keçirsin. Bundan sonra onun Azərbaycandan çıxışına da qadağa qoyulub. Davamlı həbslə hədələnən Amaliya Vəliyeva sonunda evi Günayın adına keçirməklə razılaşmağa məcbur olub. Nəhayət, bundan sonra onun ay yarımlıq girovluğu başa çatıb və ölkədən çıxışına icazə verilib.
Yaxın günlərdə bu məsələni təfərrüatı ilə diqqətinizə çatdırmağa çalışacağıq.
"Gündəlik Naxçıvan"