Cənubi Koreyadan İsrail prezidentinə qadağa

Baxış sayı:
2284

Cənubi Koreyanın İsrail prezidenti Reuven Rivlin bu il və ya gələn il Seula səfərini qəbul etmədiyi irəli sürülüb.
 
İsrailin “Yedioth Ahronoth” qəzetinin xəbərinə görə, Cənubi Koreya, İsrail prezidenti Rivlin Seula səfər etməsinə qarşı çıxıb, ancaq bunun səbəbi ilə bağlı açıqlama verməyib.
Xəbərdə, Seuldan gələn mənfi cavabın İsrail üçün böyük sürpriz olduğu ifadə edilib.
Bunun prezident Rivlin şəxsinə qarşı bir mövqe olmadığı, lakin bu qərarı kimin verdiyinin məlum olmadığı bildirilib.
Xəbərdə, səfərə qarşı çıxılmasının arxasında yatan səbəbin, "İsrailin qaz platformalarını qorumaq üçün daha öncə Koreya gəmiləri yerinə Alman gəmilərini satın alaraq Koreyanı xəyal qırıqlığına məruz qoyması və İsrailin, Cənubi Koreya dövlət başçısı Mun Jae ilə Şimali Koreyalı həmkarı Kim Jong arasında keçən aprel ayında keçirilən zirvə görüşünü təbrik etməməsi ilə bağlı ola biləcəyi qeyd olunub.
Müxalifət.az