“Çin nüvə silahı üzrə danışıqlar masasına oturmayacaq” - ÇXR XİN təkrar bəyan edib

Baxış sayı:
4626

Çinin Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya ilə üçtərəfli danışıqlarda iştirak etmək niyyəti yoxdur. Bu barədə iyunn 9-da keçirilən brifinqdə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin (ÇXR XİN) rəsmi nümayəndəsi Xua Çunin bəyan edb.

“Biz, öz mövqeyimizi dəfələrlə bəyan etmişik. Çin Rusiya və ABŞ-la necə deyərlər, üçtərəfli danışıqlarda iştirak emək niyyətində deyil” - deyə, xanım diplomat qeyd edib.

Artıq xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Trampın silahlanmaya nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billingeli bəyan edib ki, ona dünya gücü kimi yanaşsınlar deyə, Çinin silahlanmaya nəzarət üzrə ABŞ və Rusiya arasındakı danışıqlara qoşulmaq istədiyinə əmindir.

Bloomberq agentliyinin məlumatına görə, iyunun 22-də Vyana şəhərində Rusiya və ABŞ arasında silahlanmaya nəzarət üzrə danışıqların yeni raundu başlanacaq.

Görüşdə ABŞ-ı Trampın xüsusi nümayəndəsi Marşall Billingeli, Rusiyanı isə xarici işlər nazirinin müavini Sergey Ryabov təmsil edəcək./azpolitika