Cəbrayıl Həsənov finalda məğlub oldu

Baxış sayı:
4029

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, 79 kq. çəkidə yarışan sərbəst güləşçimiz Cəbrayıl Həsənov həlledici görüşdə ABŞ idmançısı, 2018-ci ildə dünya çempionu olan Kayl Deyklə üz-üzə gəlib.

Görüş amerikalı idmançının 4:2 hesablı qələbəsi ilə başa çatıb. Gümüş medalla kifayətlənməli olan Cəbrayıl Həsənov növbəti dəfə dünya çempionatının "qızıl"ına  həsrət qalıb.

Qeyd edək ki, təmsilçimiz Şərif Şərifov da final matçına çıxacaq. 97 kq. çəkidə mübarizə aparan olimpiya, dünya və Avropa çempionumuz Rusiyanı təmsil edən Abdulrəşid Sadullayevla üz-üzə gələcək.