Burunluda ağır qəza: ÖLƏN VAR
22-06-2018 14:16
Baxış sayı:
4672

Zərdab rayonunun Burunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, iyunun 21-də saat 10 radələrində rayon sakini Nurlan Məhərrəmovun idarə etdiyi VAZ-2107 və Mingəçevir şəhər sakini Rakif Yunusovun idarə etdiyi “Daevoo” markalı avtomobillər toqquşub.
Nəticədə R.Yunusov hadisə yerində ölüb, xəsarət almış 2 sərnişini, habelə N.Məhərrəmov xəstəxanaya yerləşdiriliblər.
Zərdab RPŞ tərəfindən araşdırma aparılır.