Bəşər Əsəddən kimyəvi silah istifadəsi ittihamına AÇIQLAMA

Baxış sayı:
5388

Suriya prezidenti Bəşər Əsəd Suriyanın kimyəvi silah istifadə ittihamlarını bir daha əsassız adlandırıb. O, bu barədə bazar ertəsi RT kanalına verdiyi müsahibədə bəyan edib. Muxalifet.az bu barədə “TASS” xəbər agentliyinə istinadla xəbər verir. "Bu, yalnız bir ittiham idi. Suriya ordusu heç vaxt kimyəvi silah istifadə etməyib", jurnalistin 4 aprel 2017-ci ildə ölkənin bəzi bölgələrində kimyəvi silah istifadəsi ilə bağlı suala cavab olaraq deyib. Prezident qeyd etdi ki, Suriya ordusu kimyəvi silaha sahib olsaydı belə, onlardan istifadə etmək məntiqsiz olardı. "Bu rasional deyil, boş söhbətdir. Buna ehtiyacımız yoxdur. Kimyəvi silahdan istifadə söhbəti biz müharibəni uduzduğumuz zaman yox, udduğuzuz zaman ortaya çıxdı" dedi. Əsədin fikrincə, bu məsələ Qərbin uydurmasıdır və Suriyaya hücum üçün bəhanə kimi lazım idi. "Heç bir dəlil-sübut təqdim etmədilər. Bu məlumatları, bu iddiaları təkzib edən çox sayda informasiya var idi", deyə Suriya lideri bildirdi. Qərb ölkələri Dəməşqi vətəndaş müharibəsi zamanı kimyəvi silah istifadə etməkdə dəfələrlə günahlandırdılar, baxmayaraq ki, 2016-cı ilin yanvarında Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı Suriyanın bəyan edilmiş kimyəvi silah ehtiyatlarının tamamilə məhv edildiyini elan etmişdi. 4 aprel 2017-ci ildə Xan Şeyxundakı hadisələrlə bağlı açıqlamadan sonra ABŞ Hərbi Dəniz Qüvvələri Homs əyalətindəki Şayrat hərbi aerodromuna raket atdı. Moskva dəfələrlə Dəməşqin kimyəvi silahdan istifadə etməsi ilə bağlı deyilənlərin əsassız olduğunu vurğulayıb. Muxalifet.az