BAŞ DİREKTOR VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Ramiz Mehdiyev təyin etmişdi / FOTO

Baxış sayı:
4316

Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş “Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) baş direktoru Vasif Abbasov vəzifəsindən azad olunub.

Muxalifet.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Qeyd edək ki, V.Abbasov 2020-ci ildən bu vəzifədə çalışırdı. O, həmin zaman parkın tabe olduğu AMEA Rəyasət Heyətinin qərarı ilə bu vəzifəyə təyin olunmuşdu. Bu vəzifədə Əli Abbasovu əvəzləmişdi. Həmin dövrdə  AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edirdi. V.Abbasov da məhz onun tərəfindən AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilmişdi.

Təsadüfü deyil ki,  kollektivə təqdim olunduğu zaman çıxış edən Vasif Abbasov yeni vəzifəyə təyinatına görə AMEA-nın prezidenti Ramiz Mehdiyevə minnətdarlığını bildirmiş, onun etimadını doğruldacağını vurğulamışdı.

 “Yüksək Texnologiyalar Parkı” 2022-ci ildən AMEA-nın tərkibindən çıxarılaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Vasif Abbasov da Elm və təhsil naziri tərəfindən vəzifəsindən azad olunub. 

Qeyd edək ki,  V.Abbasov hazırda YTP-nin rezidenti olan Təcrübə-sənaye zavodunun direktoru vəzifəsində fəaliyyətini davam etdirir.