Bakıda yaşayış binasındakı yanğın söndürüldü (YENİLƏNDİ)
23-06-2018 12:10
Baxış sayı:
4261

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Ətraflı məlumat veriləcək.
***
Bakıda yaşayış binasında yanğın başlayıb.
Hadisə Yasamal rayonu, “Elmlər Akademiyası” metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında, “Mothercare” mağazasının yerləşdiyi binada qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. (apa)