Bakıda son durum: Toz dumanının miqdarı...

Baxış sayı:
2125

Atmosfer havasında müşahidə olunan tozun miqdarında azalma qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunsa da, sanitar normadan 2 dəfə yuxarı olduğu qeydə alınıb.

30 avqust 2018-ci il tarixində saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 olub.

Qeyd edək ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.