Bakıda bina söküntüsü ilə bağlı şirkətdən AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı:
3534

Bakı şəhəri, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan 16 saylı binanın  sakinləri tam olaraq köçürülüb və  yerində yeni, müasir binanın inşası məqsədilə söküntü işlərinə başlanılıb.

Muxalifet.az xəbər verir ki, bu barədə oxu.az-a “Ailə Park” MTK-dən məlumat verilib.

Bildirilib ki, söküntü zamanı bütün təhlükəsizlik tədbirlərinə əməl olunur:

“Həmin ərazi yenidən hasarlanıb, təmizlik işləri aparılıb və hərəkət bərpa olunub. Bundan sonra daha ciddi təhlükəsizlik tədbirləri həyata keçiriləcək”.

16:02

Bakının Nərimanov rayonu ərazisində, 5 saylı Şəhər Klinik Xəstəxanası ilə üzbəüz yerləşən yaşayış binasında söküntü işləri pərakəndə və təhlükəsizlik tədbirləri görülmədən aparılır. 

News24.az-ın məlumatına görə, həmin yoldan istifadə edən insanlar buna görə qorxu və narahatlıq hissi keçirir. 

Bununla bağlı görüntüləri təqdim edirik: