Azərbaycanlı hakim Ermənistan komandasının oyununa təyinat aldı
22-07-2018 16:11
Baxış sayı:
3448

Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Virtualaz.org-un məlumatına görə, A.Xudiyev Avropa Liqasının II təsnifat mərhələsinin iyulun 26-da Monteneqronun Nikşiç şəhərindəki "Qradski" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlanacaq ilk “Sutyeska" - "Alaşkert" görüşündə Alen Byeri, Yan Kobeli, Sertac Kurnazka və Urs Şnayderdən ibarət isveçrəli hakimlər briqadasının işinə qiymət verəcək.
Bolqarıstanlı İvan Lekov isə UEFA nümayəndəsi təyin edilib.