Azərbaycanda köhnə avtomobillər istismardan çıxarılır - VİDEO

Baxış sayı:
5663

İstismar müddəti bitmiş, köhnə avtomobillərin dövriyyədən çıxarılması, yəni utilizasiyası ilə bağlı işlər sürətləndirilir.

"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapan bu məsələ diqqət mərkəzindədir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, dövlət proqramında qeyd edilib ki, utilizasiya prosesinin məqsədi yol hərəkəti və ekoloji təhlükəsizliyi təmin etmək, yerli avtomobil istehsalını stimullaşdırmaqdır.

Heç kəsə sirr deyil ki, ölkəmizdə köhnə avtomobillərlə taksi və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər var. Ərşad Hüseynovun sözlərinə görə, belə avtomobillərin utilizasiyası zamanı prosesin sosial yükünü də nəzərə almaq lazımdır.

Sürücülərin də bu proseslə bağlı fikirləri birmənalı deyil.

Qeyd edək ki, utilizasiya prosesi ilə bağlı xarici ölkələrin müxtəlif təcrübələri mövcuddur. Bəzi ölkələrdə həmin avtomobilin sahibinə müəyyən ödənişlər edildikdən sonra ona yeni avtomobil alması üçün güzəştli kredit təklif olunur. Yerli istehsalı olan ölkələrin bir qismində isə utilizasiya olunan avtomobilin sahibinə güzəştli ödəniş şərtləri ilə avtomobil verilir. Azərabycanda isə bu prosesin necə həyata keçiriləcəyini zaman göstərəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: